Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:14

Azərbaycan və İspaniya nazirləri görüşdü


Jose Manuel Garcia-Margallo
Jose Manuel Garcia-Margallo

-

Xarici işlər naziri Elmar Məmmədyarov ispaniyalı həmkarı Jose Manuel Garcia-Margallo ilə görüşüb.

Nazirlik bildirir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edilib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginliklə bağlı ispaniyalı həmkarına məlumat verib. O deyib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Jose Manuel Garcia-Margallo ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib.

İspaniyanın xarici işlər naziri BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda iştirak edir.

XS
SM
MD
LG