Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:03

Obama: «Putin-ə demişəm ki...»


Obama/Putin
Obama/Putin

-

ABŞ prezidenti Barack Obama deyir ki, rusiyalı həmkarı Vladimir Putin Avropanın birliyinə təhlükə kimi baxır və ona zərbə vurmağa çalışır.

Aprelin 26-da «CBS News»da yayımlanacaq müsahibədə Obama Avropa miqrant böhranını misal gətirib.

«Bu böhranın Avropa siyasətində yaratdığı böhrandan, ifrat sağçı millətçiliyi irəlilətməsindən, Avropanın birliyinin parçalanmasını həvəsləndirməsindən Putin sui-istifadə edir», - Obama deyib.

«Məncə, o yanılır», - Obama söyləyib. «Ona demişəm ki, əslində, düzgün resept – güclü, birləşmiş Avropanın güclü, irəliyə baxan Rusiya ilə birlikdə olmasıdır. Hələlik, buna tamamilə inanmayıb».

Obama müsahibəni Avropaya səfərinin sonunda verib.

XS
SM
MD
LG