Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 06:50

Türkiyədə hakimi döyən azarkeş buraxıldı


Foto arxiv

Türkiyə Superliqasının 30-cu turunda keçirilən "Trabzonspor" - "Fənərbaxça" oyunu zamanı əlavə köməkçi hakimə hücum edən azarkeş saxlanılıb.

Türkiyə mətbuatının yazdığına görə, 17 yaşlı azarkeş ifadə verdikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, “Trabzonspor”un 0:4 hesabı ilə uduzduğu oyunun 89-cu dəqiqəsində yerli azarkeşlərdən biri meydana daxil olaraq əlavə köməkçi hakim Volkan Bayarslanı vurmağa başlayıb.

Bunun ardınca meydana başqa azarkeşlər də girib və bundan sonra baş hakim Bülənt Yıldırım oyunu yarımçıq dayandırmalı olub.

XS
SM
MD
LG