Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 14:04

Xüsusi qabiliyyət ixtisaslarına seçmə tur


TQDK imtahanı (arxiv)
TQDK imtahanı (arxiv)

2016-17-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı seçmə turlar keçirilməyəcək. Bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya bildiriblər.

Komissiyadan deyiblər ki, bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaq.

Abituriyentlər öz ixtisas qruplarına uyğun, ümumi qaydada elektron ərizə doldurub onun təsdiq etdirdikdən sonra, TQDK-nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qəbul imtahanında iştirak etməlidir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara seçmə turların keçirilməsi qaydası 2011-ci ildən tətbiq olunurdu.

XS
SM
MD
LG