Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:17

ABŞ İranla işləyən banklara mane olmayacaq


John Kerry və Mohammad Javad Zarif
John Kerry və Mohammad Javad Zarif

-

ABŞ İranla işləmək istəyən xarici banklara maneə yaratmayacaq. Bunu dövlət katibi John Kerry İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə Nyu-Yorkdakı görüşündən əvvəl deyib.

Onun sözlərinə görə, İranla işləmək üçün xarici banklara imkanlar yaranıb. Kerry deyib, təəssüf ki, bəzi xarici banklar arasında qarışıqlıq müşahidə edilir və onlar bunu aydınlaşdırmağa çalışırlar.

Dövlət katibi deyib ki, 55 milyardlıq İran aktivləri sərbəst buraxılandan sonra bəzi banklar vəsaiti geri qaytarmaqda narahatlıq keçirirlər.

İran 55 milyardlıq vəsaitindən hələ ki, 3 milyardını əldə edə bilib.

Tehran bildirmişdi ki, ABŞ bank sektoru ilə bağlı əngəlləri qaldırmalıdır ki, İranla biznes münasibətlərində özlərini rahat hiss edə bilsinlər.

ABŞ İranın nüvə layihəsi üzündən bir sıra maliyyə sanksiyalarına əl atmışdı.

XS
SM
MD
LG