Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 22:57

Suares Ronaldonu keçdi


Suarez

"Barselona"nın futbolçusu Luis Suares bir mövsümdə vurduğu qolların sayına görə komandanın keçmiş futbolçusu Ronaldonu geridə qoyub.

İspaniya mətbuatının yazdığına görə, o La Liqanın 34-cü turunda "Deportivo"yla görüşdə 3 qol vuraraq bu mövsüm bütün yarışlarda vurduğu qolların sayını 49-a çatdırıb.

Bununla da o, "Barselona" ın tarixində bir mövsümdə ən çox qol vuran ikinci futbolçu Ronaldonu geridə qoyub.

Ronaldo bir mövsümdə 47 qol vurub.

Qeyd edək ki, bu göstəricidə birinci yerdə Lionel Messidir.

O 2011-2012-il mövsümündə 72 qol vurub.

XS
SM
MD
LG