Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 08:07

-

Prezident İlham Əliyev «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında» sərəncama dəyişiklik edib.

AZƏRTAC-ın xəbərinə görə, Komissiyanın üzvləri siyahısından Rəbiyyət Aslanovanın adı çıxarılıb. Onun yerinə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova təyin edilib.

Milli Məclisin İnsan haqları komitəsinin keçmiş rəhbəri Rəbiyyət Aslanova son parlament seçkilərinə də qatılmamışdı. Onun oğlu Elnur Aslanov Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri işləyirdi. 2014-cü ildə E.Aslanov vəzifəsindən azad edilib. Həmin vaxt E.Aslanov hakimiyyətə yaxın KİV-lərdə «nurçu»larla əlaqədə günahlandırılırdı.

XS
SM
MD
LG