Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:33

AŞPA prezidenti ilə Qarabağ müzakirəsi


Agramunt

-

Avropa Şurasının Parlament Assambleyasının prezidenti Pedro Aqramunt aprelin 20-də Azərbaycan və Ermənistanın bu qurumdakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Görüşdə Dağlıq Qarabağda son zamanlardakı gərginlik müzakirə olunub.

Görüş haqda AŞPA prezidenti özünün twitter hesabında xəbər verib.

Pedro Aqramunt yazıb: “Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdük. Heç bir münaqişə dialoqsuz həll edilə bilməz”.

Aprelin 18-dən Strasburqda Avropa Şurası Parlament Assambleyasinın (AŞPA) yaz sessiyası başlayıb. Sessiya aprelin 22-də başa çatacaq.

XS
SM
MD
LG