Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 01:05

24 dini icma qeydiyyatdan keçib

Məsciddə namaz
Məsciddə namaz

-

Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni qeydiyyatdan keçən 24 dini icmaya şəhadətnamələr təqdim edilib.

Komitə sədri Mübariz Qurbanlı mərasimdə Azərbaycanda dövlət-din münasibətlərindən danışıb. O qeyd edib ki, ötən il dini icmalara maddi yardımlar göstərilib.

M.Qurbanlı icma sədrlərini məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağa çağırıb. Həmçinin, icma sədrlərinə radikalizmə qarşı ideoloji mübarizədə ümummilli maraqlardan çıxış etmələri tövsiyə olunub.

Azərbaycanda 2009-cu ildən etibarən dini icmalar yenidən qeydiyyatdan keçir.
2015-ci ilin sonuna kimi ölkədə 644 dini icma qeydə alınmışdı. Bunlardan 620-si islami , 24-ü isə qeyri-islami icmaları idi.

This item is part of
XS
SM
MD
LG