Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:11

Ailələrə kompensasiya verilir


"Tezliklə bura da uçacaq"
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

"Tezliklə bura da uçacaq"

-

Bakının Xətai rayonundakı qəzalı yataqxanaların sakinlərinə 45 min manat kompensasiya verilir. Bu, Cavanşir küçəsində yerləşən 10 və 14 saylı yataqxanalardır.

Xəbəri APA-ya Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaməddin Əkbərov bildirib.

Nazirlər Kabinetinin aprelin 14-də verdiyi sərəncamla kəskin qəzalı vəziyyətdə olan bu iki yataqxananın binaları söküləcək. Həmin yataqxanada faktiki yaşayan ailələrin hər birinə dövlət hesabına 45 min manat vəsait verilir. Bu iki yataqxanada 185 ailə yaşayır. Onlardan 25-i məcburi köçkün ailəsidir.

Z.Əkbərov deyib ki, artıq sənədlərini təqdim edən 12 ailənin hesabına vəsait köçürülüb: «Həmin ailələr bu günün sonuna qədər, yaxud səhər hesablarına köçürülmüş 45 min manatı ala bilərlər. Digər sakinlər də sənədlərini təqdim edirlər».

Martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçmuşdu. Bina Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır.

XS
SM
MD
LG