Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 23:48

İran iki ay ərzində neft hasilatını sanksiyalardan əvvəlki həddə çatdıracaq.

Bu barədə rəsmi İRNA agentliyi aprelin 19-da ölkənin neft nazirinin müavini Rokneddin Javadiyə istinadla xəbər verib.

Bu Teharnın bundan sonra hasilatın yanvar həddində dondurulması ilə bağlı əsas neft ölkələrinə qoşulmasına ümidləri artırır.

Aprelin 17-də hasilatın dondurulması ilə bağlı Qətərdə aparılan danışıqlar baş tutmayıb.

Səudiyyə Ərəbistanı bildirib ki, buna bütün ölkələr qoşulmalıdır.

Amma Tehran bildirib ki, hasilatı sanksiyalardan əvvəlki həddə çatdırmaq üçün istehsal artırılacaq.

İran sanksiyaların ləğvindən sonra iyunun sonunadək bazardakı əvvəlki payını bərpa etmək istəyir.

Neft istehsal edən ölkələrin birləşdiyi OPEK təşkilatı iyunun 2-də Vyanada yenidən toplaşmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG