Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:51

P.Agramunt İlqar Məmmədovu unutmadı


İlqar Məmmədov və Pedro Agramunt
İlqar Məmmədov və Pedro Agramunt

-

«Avropa Məhkəməsinin qərarı olmasına baxmayaraq, 2013-cü ilin fevralından həbsdə olan İlqar Məmmədovun işi ilə bağlı məsələnin həlli istiqamətində Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəyəm».

Bunu Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasının ilk günündə qurumun sədri Pedro Agramunt Azərbaycanda bəzi məhbusların azad edilməsindən danışarkən deyib.

O, Azərbaycanda çoxlu sayda fəalın azadlığa buraxılmasını alqışlayıb.

«Mən çox xoşbəxtəm ki, uzun müddət həbsdə olanlardan bir çoxu öz ailəsinə qovuşa bildi. Biz qəbul etməliyik ki, bu şəxslərin azadlığa buraxılması müsbət istiqamətdə atılmış addımdır. Hesab edirəm ki, bu həm də Azərbaycan hökumətinin Avropa Şurası ilə əməkdaşlığı davam etdirməsi üçün yaxşı iradə əlamətidir», -deyə o bildirib.

P.Agramunt ötən ay Azərbaycanda olarkən həbsxanada cəza çəkən REAL Hərəkatının lideri İlqar Məmmədova da baş çəkmişdi.

XS
SM
MD
LG