Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:27

Sosial evlər ilin sonuna tikiləcək?


Tikinti
Tikinti

-

Yaxın zamanlarda sosial evlərin tikintisinə başlana bilər. Bunu baş nazirin müavini Əli Əhmədov deyib.

«Trend»in xəbərinə görə, Ə.Əhmədov il ərzində layihənin həyata keçirilməsi istiqamətində əsas addımların atılacağını bildirib.

«Ola bilsin ki, sosial evlərin tikintisinə bu ilin axırına yaxın başlansın», - deyən baş nazirin müavini qeyd edib ki, sosial evlərin inşası ilə aztəminatlı əhali yaxşı şərtlərlə mənzil sahibi olmaq imkanı qazanacaq.

Ə.Əhmədov əlavə edib ki, Azərbaycanda mənzilə ehtiyacı olan əhali kateqoriyası çoxdur: «Azərbaycanda əhali yüksək dinamika ilə artır. Evlənənlər çoxdur, onların mənzillərə ehtiyacı var».

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında Azərbaycanda sosial mənzil tikintisi proqramının ictimaiyyətə təqdim ediləcəyini söyləmişdi.

XS
SM
MD
LG