Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:14

Torpağı əkmədin cərimə ödəyəcəksən?


Traktor
Traktor

-

Aprelin 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında Azərbaycan Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə yeni layihə müzakirəyə çıxarılıb.

«Report»un verdiyi xəbərə görə, dəyişikliklərdə bir sıra məhsulların idxal və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur. Söhbət damazlıq heyvandan, toxumlardan, tinglərdən, mineral gübrələrdən və quru paxlalı bitkilərin təmizlənməsi və çeşidlənməsindən gedir.

Habelə, kənd təsərrüfatı heyvanları və quşlarının müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Bundan başqa, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma qurğularının, maşınların, avadanlıqların idxalı və satışının ƏDV-dən azad olunması təklif edilir.

İkinci dəyişiklik isə kənd təsərrüfatı torpaqları təyinatı üzrə istifadə edilmədikdə, ona vergi dərəcəsinin tətbiqi ilə bağlıdır. Bu dəyişikliyə əsasən, həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, hər 100 kv.metr üçün 10 manat vergi müəyyən edilir. Təyinatı üzrə istifadə olunduqda, torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda isə, dövlət büdcəsinə daxil ediləcək.

XS
SM
MD
LG