Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:52

Aprelin 19-da meyitlər dəyişdiriləcək


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

-
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidməti yeni açıqlama yayıb.
Məlumatda Ermənistan tərəfi yalan məlumatlar yaymaqda günahlandırılır.

«Ermənistan mətbuatının guya Azərbaycanın təxribat törətməsi və cəbhənin şimal istiqamətində 2 erməni hərbçisinin yaralanmasına dair məlumatları hərbi əməliyyatların dayandırılması barədə razılığın pozulmasına hesablanıb»,-deyə açıqlamada qeyd edilir.

Nazirliyin bildirməsinə görə, beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığa əsəsən, döyüş meydanında qalmış meyitlərin çıxarılması prosesi aprelin 19-da səhər saatlarında məhz cəbhənin həmin hissəsində həyata keçirilməlidir.

«Bu kimi məlumatları yaymaqla qarşı tərəf razılaşmanın şərtlərini növbəti dəfə pozmağa, adlarını açıqlamadıqları itkilərini gizlətməyə və prosesləri uzatmaq üçün zəmin yaratmağa çalışır. Ermənistan tərəfindən məqsədyönlü şəkildə yayılan bu xəbərin əsası yoxdur. Ötən sutka ərzində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir əməliyyat fəaliyyəti həyata keçirilməyib. Qoşunlarımız yalnız atəşkəs rejimini pozan erməni bölmələrinin mövqelərinə cavab zərbələri endirib»,-deyə nazirlik bildirir.

Açıqlamaya görə, xəbərdə yer alan 2 Ermənistan hərbçisinin yaralanması isə intizamsızlıq və qarşılıqlı münasibətlərin pozulması nəticəsində baş verib.

Bundan əvvəl tərəflər aprelin 9-u və 8-də döyüş meydanından Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə meyitlərin çıxarılmasına başlamışdılar. Aprelin 10-da da Ermənistan-Azərbaycan cəbhəsində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılmışdı.

Ancaq bu prosesdə neçə Azərbaycan hərbiçisinin meyitinin qaytarıldığı açıqlanmırdı.

Aprelin 17-də isə bir Azərbaycan hərbiçisinin meyitinin qaytarılması prosesi baş tutmamışdı.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər var. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

XS
SM
MD
LG