Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:32

Erdoğan Azərbaycana gəlir


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

-

Aprelin 25-dən 27-nə kimi Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə prezidenti Recep Tayyip Erdoğan da iştirak edəcək.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin veb səhifəsi məlumat yayıb.

Forum «İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd» devizi altında keçiriləcək.

Azərbaycan prezidentinin ötən il iyulun 24-də verdiyi sərəncam ilə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdı.

XS
SM
MD
LG