Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 03:01
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel

AzadlıqLive - Rusiya planı keçəcəkmi?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

15:28 18.4.2016

Bəs onda razılığa niyə gəlinmədi?

Rusiya energetika naziri Aleksandr Novak bəyan edib ki, OPEK-in Doha görüşündə razılığa gəlinməməsində Səudiyyə Ərəbistanı ilə İranın günahı yoxdur:

«Düşünürəm ki, şərtlərə fərqli yanaşıldığından razılaşma əldə edilmədi. Hasilatın «dondurulmasına» gəlincə, başda Səudiyyə Ərəbistanı, bütün ölkələr bunun məqsədəuyğun addım olduğunu təsdiqlədilər. İrana qarşı ittihamlarsa tam əsassızdır. Ən azı ona görə ki, bu ölkə danışıqlara qatılmamışdı».

15:36 18.4.2016

Super Mario oyununda dünya rekordu

Amerikalı məktəbli Super Mario Bros. oyununda rekord vurduğunu göstərən video yayıb. O, bu videoda bütün yolu keçib, oyunu başa vurmağa 4 dəqiqə 57 saniyə və 260 milli saniyə vaxt sərf edir. Bundan əvvəlki rekord 4 dəqiqə 57 saniyə 427 millisaniyə idi. Rekord cəmi 167 millisaniyə təzələnib.

Youtube-da Darbian adlı istifadəçinin qoyduğu videoya 5 günə 1,9 milyon adam baxıb.

Super Mario Bros. Guinnesin rekordlar kitabına düşüb. O, tarixdə ən çox satılan oyundur.

15:44 18.4.2016

İki rəqib şirkətin buldozerlərlə davası

Çində iki rəqib tikinti şirkətinin işçiləri buldozerlərlə davaya çıxıblar. Bunu South China Morning Post qəzeti yazır. Davaya yalnız polisin gəlməyi ilə son qoya biliblər.

16:02 18.4.2016

"Panama sənədlərində" adı hallanan erməni general istefa verdi

Ermənistanda Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icbari icrası xidmətinin rəisi, general-mayor Mihran Poghosyan "Panama Sənədləri" ilə bağlı qalmaqalda dının hallanması səbəbindən istefa ərizəsi yazıb.

Davamı

XS
SM
MD
LG