Futboldan başı çıxan dünya liderləri reytinqi
Beynəlxalq Futbol Federasiyasının keçmiş prezidenti Sepp Blatterin mayda yeni kitabı çıxır "Sepp Blatter: Missiya Futbol".
Sky Sportun məlumatına görə, həmin kitabda Blatter futboldan başı çıxan dünya liderlərinin reytinqini də verir. Birinci yerdə Çin lideri Xi Jinpingdir. Blatter onu dünya liderləri arasında futbolun ən böyük bilicisi sayır. Sonrakı yerlərdə Cənubi Afrikanın keçmiş lideri Nelson Mandela, Roma Papası Francis, Rusiya prezidenti Putin gəlir.
Onların ardınca gələnlər - Britaniya kraliçası İİ Elizabeth (bu gün 90 yaşı tamam olur), İtaliyanın keçmiş baş naziri Berlusconi (Milan klubunun sahibi), Niderland kralı Villem-Alexander, Almaniya kansleri Merkel, Fransanın keçmiş prezidenti J. Chiracdır.
AzadlıqRadiosunun Twitter-də keçirdiyi sorğuda iştirak edə bilərsiz
Erməni tərəfinin güzəştdə "qırmızı xətti"
Ermənistanın hakim partiyası olan Respubika Partiyasının sədr müavini Armen Ashotian deyib ki, yaxın vaxtlarda Qarabağ probleminin həlli görünmür.
Onun sözlərinə görə, “Minsk qrupu və onun iki həmsədri- ABŞ və Fransa təkcə Rusiyadan gələn həllə heç vaxt razılamayacaq.”
O daha sonra deyib ki, kompromissdə “qırmızı” xətt var.
O, Qarabağ üçün “qırmızı xəttin” nədən ibarət olduğunu bildirib: “Dağlıq Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququ və təhlükəsizliyə beynəlxalq təminat”.
Dolların üstündə qadın portreti olacaq
ABŞ-da "100 ildən də çox müddətdə ilk dəfə olaraq kağız pulun üstündə qadın portreti olacaq". Bunu açıq məktubunda ABŞ-ın maliyyə naziri Jacob Lew elan edib. O yazır ki, bu qadın qaradərili Harriet Tubmandır. Nazir Tubmanın təkcə insan haqları, demokratiya uğrunda mübariz olduğunu yox, həm də liderlik nümunəsi olduğunu yazır. O , Tubmanın sözlərini sitat gətirir ki, "gücüm qaldıqca azadlıq uğrunda vuruşacağam"