-
Azərbaycanın daha bir idmançısı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un xəbərinə görə, bu, 91 kq. çəki dərəcəsində çıxış edən boksçu Abdulqadir Abdullayevdir.
Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa Təsnifat Turnirində o, 3-cü yer uğrunda görüşdə Ukrayna yığmasının üzvü Gevorq Manukyanı məğlub edib.
Azərbaycan boksçuları Avropa Təsnifat Turnirində 5 lisenziya qazanıb. Daha öncə Cavid Çələbiyev (56 kq), Yana Alekseyevna (60 kq), Lorentso Sotomayor (64 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da bu hüquqa yiyələnib. Azərbaycan boksçuları "Rio-2016"ya ümumilikdə 8 lisenziya qazanıblar.
Ötənilki dünya çempionatında Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) da lisenziyalara sahib çıxıblar. Hazırda Azərbaycanın aktivində "Rio-2016"ya ümumilikdə 41 lisenziya var.