-
Yaponiyada aprelin 16-da və 17-də baş verən 6,5 və 7,3 bal gücündəki iki zəlzələdən sonra axtarış tədbirləri davam etdirilir. Zəlzələ nəticəsində 41 nəfər ölüb. Onlarla adamın hələ də dağıntı və uçqunlar altında qaldığı güman olunur.
250 min adama isə evlərindən çıxmaqla bağlı xəbərdarlıq edilib. Zəlzələ ölkəyə milyardlarla dollar ziyan vurub. Zəlzələnin baş verdiyi Kyushu adasındakı Kumamoto bölgəsindəki 80 min evə hələ elektrik və su verilməyib. Bölgədəki Sony, Toyota və Nissan kimi iri şirkətlər zəlzələyə görə işini dayandırıb. Yaponiyada 20011-ci ildə 9 bal gücündə baş verən zəlzələdən və sunamidən sonra 18 min adam ölmüşdü.