Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:07

İlham Əliyev İsmail Rüştü Ciriti qəbul edib


İsmail Rüştü Cirit
İsmail Rüştü Cirit

-

Prezident İlham Əliyev TürkiyəAli Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident.az saytının xəbərinə görə, görüşdə dövlət başçısı bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İstanbulda keçirilən 13-cü Sammitində iştirakını məmnunluqla xatırladıb.

Bu tədbirdə İslam ölkələrinin yüksək səviyyədə təmsil olunmasını Türkiyəyə olan münasibətin təzahürü kimi qiymətləndirib. O, Türkiyə prezidenti Receb Tayyib Erdoğan və Baş nazir Ehməd Davudoğlu ilə görüşlərinin də səmərəli olduğunu qeyd edib.

Türkiyə Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit isə deyib ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. İsmail Rüştü Cirit bir müddət öncə Dağlıq Qarabağda qoşunların təmas xəttində baş vermiş hadisələr zamanı Azərbaycan hərbçilərinin həlak olması ilə əlaqədar başsağlığı verib və yaralananlara şəfa diləyib.

O, deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Görüşdə qeyd edilib ki, məhkəmə sistemləri arasındakı uğurlu əməkdaşlıq ikitərəfli münasibətlərin daha da genişlənməsi işinə töhfə verəcək.

XS
SM
MD
LG