Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:07

Atəşkəs 116 dəfə pozulub


arxiv foto
arxiv foto

-

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 116 dəfə pozub.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Məzəm və Quşçu Ayrım kəndləri atəşə tutulub. Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndləri vurulub.

Bundan başqa, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərinin də vurulduğu bildirilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəşə tutulub. Məlumatda həmçinin qeyd edilir ki, Füzuli, Cəbrayıl, Göygöl, Goranboy və Xocavənd rayonların da bəzi məntəqələri atəş altında qalıb.

Nazirlik məlumat verir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.

XS
SM
MD
LG