Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Polis Gəncədə əməliyyat keçirib


Polis
Polis

-

Gəncə sakini Elnur Cavadovun evindən silah tapıldığı bildirilir.

Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda onun evindən nömrəsi silinmiş «AKSU-74» markalı silah, 30 ədəd patron və patron darağı tapıldığı qeyd edilir. Habelə, bildirilir ki, evdən 12 ədəd ərəb əlifbası ilə yazılmış kitab aşkar edərək götürüb.

E.Cavadovun evində əməliyyat-axtarış tədbirlərini Gəncə şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsi əməkdaşları keçiriblər.

APA isə E.Cavadovun ilahiyyatçı Tale Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının üzvlərindən olduğu barədə məlumat yayıb.

Ancaq E.Cavadovun özünün və ya vəkilinin bu iddialara cavabı, hələlik, bəlli deyil.

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Onun barəsində ilkin olaraq dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.

Azərbaycandakı hüquq müdafiə təşkilatları T.Bağırzadənin adını siyasi məhbuslarla bağlı hazırlanan siyahıya daxil ediblər.

Baş Prokurorluğun məlumatına görə, T.Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs edilib. Onların yarıya qədərinin məhkəməsi başlayıb.

T.Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatı dövlət qeydiyyatına alınmayıb.

XS
SM
MD
LG