Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Əfv sərəncamının ləğvi tələb olunur


Makedoniyada etirazlar.
Makedoniyada etirazlar.

-

Makedoniyada prezident Gjorge Ivanov-un korrupsiyada ittiham olunan hökumət rəsmilərini əfv etməsinə qarşı etirazlar davam edir.

Paytaxt Skopyedə artıq dörd gündür prezidentin istefasını tələb edən etiraz aksiyaları keçirilir. Aksiyaçılar erkən parlament seçkilərinin keçirilməsinə də etiraz edirlər.

Seçkilər iyunun 5-nə təyin olunub.

Müxalifətdə olan Sosial Demokratlar Birliyi Partiyası seçkiləri boykot edəcəklərini bildirib.

Avropa Birliyi, ABŞ Dövlət Departamenti də Ivanov-un qərarını pisləyib. Onu 50-dən artıq rəsminin bağışlanmasını bir daha nəzərdən keçirməyə çağırıb.

XS
SM
MD
LG