Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:38

Rayonlarda yağış yağacaq, şimşək çaxacaq


Yağış
Yağış

-

Aprelin 17-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17 dərəcə isti olacaq. Bakıda isə gecə 8-10, gündüz 14-16 dərəcə isti gözlənilir.

Sabah ölkənin rayonlarında isə arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Gecə 8-13, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

XS
SM
MD
LG