Keçid linkləri

2026, 18 Mart, çərşənbə, Bakı vaxtı 00:45

Papadan miqrantlara dəstək

Roma Papası Yunanıstanda
Roma Papası Yunanıstanda

-

Roma Papası Francis Avropaya getmək istəyən miqrantlara dəstək üçün Yunanıstanın Lesbos adasına gəlib.

Papanı Yunanıstanın baş naziri Alexsis Tsipras və dini lider Bartholomeos qarşılayıb.

İki dini lider qaçqınların qaldığı düşərgəyə baş çəkib. Həmin düşərgədə qalanların Yunanıstandan Türkiyəyə göndəriləcəyi bildirilir.

Vatikan Papanın səfərinin insani və dini məqsədli olduğunu, miqrantların çıxarılmasına etiraz olmadığını bildirir.

Lesbos adası Avropaya giriş nöqtələrindən biri sayılır.

Türkiyə ilə Avropa Birliyi arasında keçən ay əldə olunmuş razılaşmaya görə, sənədləri qəbul olunmayan miqrantlar Türkiyəyə göndəriləcək.

XS
SM
MD
LG