Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

Hakim Putinə görə cəzalandırıldı


Vladimir Putin
Vladimir Putin

►Putinin vəzifəsindən uzaqlaşdırılmasını tələb edən iddianı icraata götürmüşdü

Saratov vilayətinin vəkillər kollegiyası Rusiya prezidenti Vladimir Putinin vəzifədən uzaqlaşdırılmasını tələb edən iddianı araşdırmaq üçün icraata qəbul etmiş arbitraj məhkəməsinin hakimi Tatyana Leskinanı səlahiyyərlərindən məhrum edib.

Qərar onun istefa ərizəsinə baxıldıqdan sonra verilib.

Bu ayın əvvəlində hakim Leskina Balakovo şəhər sakini Nikolay Suvorovun ərizəsini qəbul edib. Ərizədə Suvorov Rusiya prezidenti Vladimir Putinin "Rusiyanın qarət olunmasına və rus xalqının yoxsullaşdırılmasına, habelə məmur, bankir və soyğunçu milyarderlərin varlanmasına şərait yaratdığı üçün xalq düşməni, eləcə də oliqarxların və məmurların dostu kimi" tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb edirdi.

İşlə bağlı ilk məhkəmə iclası aprelin 28-nə təyun edilib.

Məhkəmənin qərarında deiyilidi ki, "maraqlı şəxs", yəni Rusiya prezidenti Vladiir Putin "mütləq qaydada məhkəməyə və bu işdə iştirak edən şəxsə cavab göndərməlidir". Maraqlı şəxs, yaxud onun nümayəndəsi məhkəməyə cavabı aprelin 25-indən gec olmayaraq təqdim etməli idi.

Sonradan hakim Leskina bu işin araşdırılmasından imtina barədə qərar çıxarıb, sənədsə "Elektron ədalət" məlumat bazasından yoxa çıxıb.

"Svobodnıye novosti" agentliyi bildirir ki, Balakovo şəhər sakini, təqaüdçü Nikolay Suvorov artıq on ildir ki, hökumət orqanlarına şikayət məktubları yazır. Təqaüdçünün özü müsahibəsində deyib ki, Putinlə bağlı ərizə verəndən sonra onun evinə polis əməkdaşları və həkimlər gəlib. Polis idarəsi Suvorovun evinə gedildiyi barədə iddianı təsdiq etməyib.

XS
SM
MD
LG