Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 04:34

32 məktəb direktoru işdən çıxarılıb


-

2015-ci ilin əvvəlindən bu günədək Təhsil Nazirliyi 7 təhsil şöbəsi, 5 məktəbdənkənar müəssisə, 74 orta məktəb və 1 peşə məktəbində yoxlama aparılıb. Yoxlamalar nəticəsində büdcə məsələləri, əsasən də əmək haqqının düzgün hesablanmaması ilə bağlı çoxsaylı pozuntular aşkarlanıb.
Bu haqda Təhsil Nazirliyinin audit şöbəsinin müdir əvəzi Elnur Hacıyev məlumat verib.

APA-nın xəbərinə görə, nazirlik nümayəndəsi bildirib ki, müəyyən edilən nöqsanlar səbəbindən 3 təhsil şöbəsi müdiri, 3 məktəbdənkənar müəssisəsə və 32 orta məktəb direktoru işdən azad olunub. 38 orta məktəb direktoru barəsində intizam tədbiri görülüb.

XS
SM
MD
LG