Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:58

«Bank rəhbərləri parlamentə gəlməlidir»


Vahid Əhmədov
Vahid Əhmədov

-

«Azərbaycanın bank sektorunda çox ciddi problem yaranıb. Bu problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağırılmalıdır».

Modern.az-ın xəbərinə görə, deputat Vahid Əhmədov bunu aprelin 15-də Milli Məclisin iclasında deyib.

O qeyd edib ki, banklarda likvidlik problemi var:

«Kredit portfelində göstəricilər qənaətbəxş deyil. Azərbaycanda əmanətlərin 83 faizi dollarda saxlanılır. Əmanətlərin sığortalanması haqqında qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Təklif edirəm ki, bu məsələ ilə əlaqədar bankların rəhbərlərini Milli Məclisə dəvət edək. Problemləri müzakirə edək. Bu vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımlara ehtiyac var. Qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq. Azərbaycan prezidenti iqtisadiyyatın müxtəlif sahələri- tütünçülük, pambıqçılıq və sair sahələrin inkişafı ilə bağlı göstərişlər verib. Bu göstərişlərin yerinə yetirilməsi üçün bank sistemi çevik işləməlidir».

XS
SM
MD
LG