Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Kurt Tong Bakı limanında


Kurt Tong
Kurt Tong

-
Aprelin 15-də ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tong Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.

AZƏRTAC-ın xəbərinə görə, «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC-nin baş direktoru qonağa bildirib ki, hazırda Azərbaycanın iqtisadi siyasətinin əsas prioriteti qeyri-neft sektorunun inkişafıdır. Bu sahənin ən proqressiv layihələrindən biri isə Bakı Limanı və onun ətrafında yaradılacaq Azad Ticarət Zonasıdır .

Baş direktor prezident İlham Əliyevin martın 17-də verdiyi sərəncamla yaradılan ATZ haqqında qonağa məlumat verib. ABŞ rəsmisinin diqqətinə çatdırılıb ki, ATZ-nin yaranması ilə Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturu qurulacaq. Neft-kimya və farmasevtik sahələr yaradılacaq. Müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və sair kimi işlər həyata keçiriləcək.

Səfər zamanı Kurt Tong «Naxçıvan» Yeni Bakı Limanı Kompleksinin birinci tikinti mərhələsi çərçivəsində artıq istifadəyə verilən bərə terminalının işi və Avropadan Mərkəzi Asiya istiqamətində hərəkət edən TIR-lar üçün yaradılan şəraitlə tanış olub. ABŞ rəsmisi «Naxçıvan» gəmisində də olub.

Kurt Tong aprelin 14-də Azərbaycana gəlib.

XS
SM
MD
LG