Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Küçə kitabxanasına kitab verən adamın adına ağac əkirlər


Bayquş Küçə Kafe-Kitabxanası
Bayquş Küçə Kafe-Kitabxanası

-

Türkiyədə atılmış inşaat materiallarından küçə kafe-kitabxanası tikiblər. "Baykuş" adlı bu açıq kafe-kitabxanadan hər hansı kitabı pulsuz götürüb oxumaq, evə aparmaq olar. Oxuduğunuz hər hansı kitabı da bura bağışlaya bilərsiniz.

Şəhər kafelərində oturub roman yazan yazıçılar dəstək vermək üçün gəlib oturur, yazılarını burada yazırlar.

Bu açıq kafedən kitab götürmək, oturub kitab oxumaq üçün heç bir şey almaq məcburiyyəti yoxdur. Kafeni işlədən Harun Korkmaz türk mediasına deyib:

“Kafeyə gəlib kitablar arasında itən və axtardığını tapmağın həyəcanını yaşayan hər kəsin gülümsəməsi bizim əsas istəyimizdir. Kitabxanaya kitab versəniz, sizdən əlaqə nömrəsi, ünvan götürəcəyik və adınıza ağac əkəcəyik, ağacın sertifikatını ünvanınıza çatdıracağıq."

XS
SM
MD
LG