Keçid linkləri

2026, 06 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:03

NATO rəsmisi üçün brifinq

William Lahue
William Lahue

-

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin rəhbəri William Lahue üçün brifinq verilib.

Nazirliyin mətbuat xidmətinin məlumatında qeyd edilir ki, brifinq «Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri»nə dair keçirilib.

Nazirliyin bildirməsinə görə, brifinqdə Ermənistan tərəfinin Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan atəşə tutması nəticəsində yerli infrastruktura dəymiş ziyan, mülki əhali arasında ölən və yaralananlar barədə faktlar əsasında hazırlanan məlumatlar təqdim edilib.

«Əlavə olaraq, Ermənistan tərəfindən törədilmiş təxribatların qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri haqqında məlumat verilib»,- deyə nazirliyin məlumatında qeyd edilir.

Sonda cənab William Lahue-nun sualları cavablandırılıb.

This item is part of
XS
SM
MD
LG