Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Gizir əsir götürülüb?


Foto illüstrasiya
Foto illüstrasiya

-

Dağlıq Qarabağ bölgəsində son hərbi əməliyyatlar zamanı itkin düşənlərlə bağlı axtarışlar aparılanda, kiçik gizir Seymur Baxışovun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.

Bu haqda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aprelin 14-də yaydığı məlumatda bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, Komissiya itkin düşən hərbçinin Ermənistan tərəfinin əlində olduğunu ehtimal edir.

«Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır. Azərbaycan tərəfinin razılaşmanın tələblərinə hörmətlə yanaşdığını və şərtlərə tam əməl etdiyini nəzərə alaraq, qarşı tərəfi də eyni addım atmağa dəvət edirik», - deyə komissiyanın məlumatında bildirilir.

Komissiya beynəlxalq qurumları kiçik gizirin taleyinə aydınlıq gətirilməsi, onun axtarılaraq yerinin müəyyən olunması və geri qaytarılmasına kömək göstərilməsində prinsipiallığa çağırıb.

Komissiya həmçinin, qeyd edib ki, «hamının-hamıya» prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 hərbi qulluqçunun meyiti təhvil verilib. Eyni zamanda, daha bir Ermənistan hərbçisinin meyitinin tapıldığı, komissiyanın onun qaytarılmasına hazır olduğu bildirilib.

Ancaq qarşı tərəfdən Azərbaycana nə qədər meyit verildiyi açıqlanmır.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin:

XS
SM
MD
LG