Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:34

Qadın biznesmenlərə 50 milyon avro


Foto illüstrasiya

-

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iş qadınlarının sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirmək məqsədilə seminar keçirir.

«Trend»in xəbərinə görə, seminarda 16 qadın sahibkar iştirak edir.

AYİB-in Cənubi Qafqaz və Rusiya Federasiyası Kiçik Müəssisələr üzrə rəhbəri Jeff Ferry bildirib ki, gender bərabərliyinə xüsusi önəm verirlər: «AYİB-ın fəaliyyət göstərdiyi ölkələrdə əsas hədəfi bazar trendlərini müəyyən etməkdir. Qadın sahibkarlara bərabər imkanlar yaradaraq onların inkişafına nail olmaqdır. Həmçinin, sivil cəmiyyətin inkişafını təmin etməkdir».

AYİB özünün tərəfdaş maliyyə qurumlarının xətti ilə kiçik və orta sahibkarlıqla məşğul olan qadınlar üçün 50 milyon avrodan artıq kreditlərin verilməsi üzərində işləyir.

AYİB Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlayıb.

XS
SM
MD
LG