Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:56

«Qumarda qızını uduzan atalar peyda olub»


Elmira Süleymanova
Elmira Süleymanova

-

Ombudsman Elmira Süleymanova ölkədə qeydiyyatsız nikahlarının sayının artmasından narahat olduğunu deyib.

APA-nın xəbərinə görə, bu gün Milli Məclisdə keçirilən «Ailə institutunun formalaşmasında adət-ənənələrimizin rolu» adlı tədbirdə E.Süleymanova bildirib ki, qeydiyyata alınmayan nikahların sayı getdikcə artır: «Bu hal kəndlərdə və rayonlarda daha çox olur. Kimisə zorla ərə verirlər, nəticədə ortaq məxrəcə gələ bilmirlər, ciddi problemlər ortaya çıxır. Bütün bunlar ailə institutunun formalaşmasına əngəl olur».

Ombudsmanın deməsinə görə, ailələrin dağılmasının səbəblərdən biri də narkomaniya və qumar aludəçiliyidir: «Son vaxtlar bizə ərizələrlə müraciət edirlər ki, qumar oyununda qızını uduzan atalar peyda olub».

E Süleymanova Azərbaycanda əxlaqsızlıq yuvalarının çoxluğundan da şikayətlənib: «Ailə institutunun dağılmasında bunun da xüsusi rolu var. Qızlara ailədə ayrı-seçkilik çox qoyulur. Nə qədər bunu inkar etsək də, reallıq belədir. Ana bətnində olanda dölün cinsini müəyyən etmək mümkündür. Ailələrdə övladın qız olduğunu biləndə, onu tələf etdirir. Statistik rəqəmlərə nəzər yetirdikdə görərik ki, dünyaya gələn körpələr arasında qızların göstəricisi 46, oğlanların sayı isə 54 faiz təşkil edir. Bu da böyük demoqrafik dəyişikliklərə səbəb olur».

XS
SM
MD
LG