Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:15

Atəşkəs 120 dəfə pozulub


Qarabağda erməni hərbçisi
Qarabağda erməni hərbçisi

-

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 120 dəfə pozub. Bu zaman, əsasən, 60 millimetrlik minaatanlardan istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.

Bundan başqa, Tərtər rayonunun Göyarx, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli və Novruzlu kəndlərinin də atəşə tutulduğu deyilir.

Habelə, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonunda da bir sıra məntəqələrin atəş altında qaldığı açıqlanır.

Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab verib.

XS
SM
MD
LG