Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 01:09

Türkiyənin Kilis şəhəri raket atəşinə tutulub


Foto arxiv

Türkiyə ordusu “İslam Dövləti” qrupunun Suriyanın şimalındakı mövqelərini vurub.

Məlumata görə yaraqlılar bundan əvvəl-iki gün dalbadal sərhəd bölgəsində yerləşən Kilis şəhərini raket atəşinə tutublar.

Nəticədə azı 21 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin baş naziri Ahmet Davutoğlu aprelin 12-də ölkə parlamentində çıxış edərkən məlumat verib.

Hazırda Kilis şəhərində təxminən 110 min Suriya qaçqını var.

Şəhər meri Hasan Kayanın sözlərinə görə mərmilərdən biri iş aparılan yola, biri isə səhralığa düşüb. Həmçinin yaşayış binaları və ətrafdakı maşınlara xəsarət dəyib. Xəsarət alanlardan bir neçəsi bələdiyyə işçiləridir.

Bu ilin martında da şəhərin raket atəşinə tutulması nəticəsində 1 uşaq da daxil olmaqla 2 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG