Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:29

Malyziyada 8 metrlik nəhəng Piton ilan tutulub.

Bu insan əlinə keçən ən uzun Piton hesab olunur.

İnsident bu günlərdə Penanq adasında baş verib. İlanı Paya Terubonq şəhərindəki tikililərdən birində fəhlələr görüb,o ağacın altında sakitcə yatıbmış. Fəhlələr xilasedici xidmətə zəng vurub və piton yuxudan oyanmalı olub.

Onun uzunluğu 8 metrdən çoxdur.

Kinnesin rekordlar kitabına görə onun yaxın rəqibi ABŞ-ın Missuri ştatındadır.

Həmin Pitonun uzunluğu 7 metr yarımdan bir qədər artıqdır, çəkisi isə malaziyalı həmkarından 90 kq azdır.

Piton Penanq adasından Vəhşi Təbiət Departamentinə veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG