Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:16

MSK-nın yeni tərkibi - Siyahı


MSK
MSK

-

Parlamentdə təmsil olunan bütün siyasi partiyalar və bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasında təmsil olunacaq nümayəndələrinin siyahısını təqdim ediblər. Yeni tərkibdə cəmi iki nəfər dəyişib.

«Trend»in xəbərinə görə, siyahıya Məzahir Pənahov, Natiq Məmmədov, Arifə Muxtarova, Mikayıl Rəhimov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Hüseyn Paşayev və İlkin Şahbazovun adları daxil edilib.

Ali seçki qurumunun 2010-cu ildə formalaşdırılan tərkibindən Tamam Cəfərovanın və Akif Qurbanovun adları siyahıdan çıxarılıb. Onların əvəzinə siyahıya YAP-dan H.Paşayevin, Sosial Rifah Partiyasından İ.Şahbazovun adları daxil edilib.

Parlament aprelin 15-də MSK-nın yeni tərkibinin təsdiqlənməsini müzakirə edəcək.

Mövcud qanunvericiliyə görə, MSK-nın 18 üzvü olur. Onun 6-sı parlamentdəki hakim çoxluğun, 6-sı bitərəflərin, 6-sı isə parlamentdə azlıqda qalan partiyaların payına düşür.

Ötən ilki parlament seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) böyük üstünlük eldə edib. Təqribən deputatlardan 70-i bu partiyanın payına düşür. MSK sədri də məhz bu partiyadan seçiləcək.

MSK-nın keçmiş üzvlərindən son parlament seçkilərində protokolları imzalamaqdan imtina edən Akif Qurbanov Ümid Partiyasını təmsil edirdi. Bu dəfə Ümid partiyasından heç kim parlamentə düşmədiyindən, A.Qurbanov yeni tərkibdən kənarda qaldı.

A.Qurbanov MSK-da demokratik düşərgənin sonuncu nümayəndəsi sayılırdı.

XS
SM
MD
LG