-
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb. Bu barədə xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Xəbərdə bildirir ki, NATO-nun 2015-ci ilin yanvarından həyata keçirdiyi «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 42 nəfərlik qrupu Əfqanıstana yola salınıb. Plana uyğun olaraq rotasiya qaydasında göndərilən qrupa, 38 əsgər, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit daxil edilib.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda, Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.