Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:32

Sabah rayonlara yağış yağacaq


Yağış
Yağış

-

Aprelin 13-ü Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı deyilir. Gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 9-12, gündüz 17-22 dərəcə isti olacaq. Bakıda isə gecə 10-12, gündüz 19-21 dərəcə isti gözlənilir.

Sabah ölkənin bəzi rayonlarında da yağış yağacağı, şimşək çaxacağı bildirilir. Gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 13-18 dərəcə isti olacaq.

XS
SM
MD
LG