Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:45

-

Türkiyə Prezidenti Recep Tayyip Erdogan Almaniya televiziyasında haqqında satirik şeir oxumuş komediyaçını məhkəməyə verir. Bu barədə alman müstəntiqlər məlumat ayıb.

Komediyaçı Jan Boehmermann efirdə Türkiyə liderini “peşəkar idiot” adlandırıb, onun heyvanlarla cinsi əlaqəyə girdiyini iddia edib.

Martın 31-də Almaniyanın ZDF televiziyasında yayımlanan bu veriliş Berlinlə Ankara arasında diplomatik mübahisə yaradıb.

Türkiyə hökuməti daha öncə də bu şeiri qəbuledilməz adlandırıb, Boehmermann-ın cəzalandırılmasını tələb edib.

Müstəntiqlər artıq 20-dən çox adam şikayəti əsasında komediyaçı və ZDF kanalına qarşı “xarici dövlət orqanları və təmsilçilərinin təhqir olunması” ittihamıyla təhqiqata başlayıb.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert aprelin 11-də deyib ki, söz azadlığı danışıqlar predmeti olmayan hüquqdur.

XS
SM
MD
LG