Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 11:00

Əfqanıstanın Calalabad şəhərində talibançının törətdiyi partlayışda milli ordunun azı 12 əsgəri həlak olub, onlarla adam isə yaralanıb.

Müdafiə nazirliyinin sözçüsü Dawlat Wazirinin aprelin 11-də verdiyi məlumata görə, intiharçı partlayıcı dolu motosikılı çağırışçıları aparan avtobusa çırpıb.

Onun sözlərinə görə əsgərlər Calalabaddan Kabilə aparılırmışlar.

Nanqarhar əyalətindəki rayon xəstəxanasının işçiləri 38 nəfərin yaralandığını deyirlər.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

XS
SM
MD
LG