Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:46

“İslam Dövləti” qrupu Suriyanın Əl Karyateyn şəhərində 21 xristianı qətlə yetiriblər.

Bu barədə aprelin 11-də BBC yerli pravoslav kilsəsinin patriarxı II Ignatius Ephremə istinadla məlumat yayıb.

Ölənlərin arasında 3 qadın olduğu bildirilir.

5 nəfər isə itkin düşmüş hesab olunur.

Yaraqlılar bu şəhəri ötən ilin avqustunda zəbt eləmişdi.

Həmin vaxt şəhərdə 300 xristian qalıbmış.

Suriya ordusu Rusiya təyyarələrinin dəstəyi ilə ötən həftə şəhəri geri alıb.

Şəhər tam dağıdılıb.

Yerli sakinlər geri dönməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG