Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

Kamança müsabiqəsi başlandı


►Müsabiqə usta kamançaçı Habil Əliyevin xatirəsinə həsr olunub

Mədəniyyət və Turizm Nazirliyi bu ilin aprel-may aylarında gənc kamança ifaçılarının Habil Əliyev adına I respublika müsabiqəsini açıq elan edib.

Nazirliyin yaydığı xəbərə görə, müsabiqənin açılışı Ə. Bədəlbəyli adına 23 nömrəli 11 illik Musiqi Məktəbində baş tutub.

Müsabiqənin keçirilməsində məqsəd respublikada kamança ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onlarda peşəkarlığın artırılması və dəstəklənməsi, eləcə də, məşhur kamança ustası Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.

Əsasnaməyə uyğun olaraq, I tur aprelin 11-dən 30-dək Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Ağcabədi, Goranboy rayonlarında, II tur mayın 2-dən 5-dək Ağdaş şəhərində keçiriləcək.

Qaliblərin yekun konserti mayda Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

XS
SM
MD
LG