Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Qazaxıstanla İran onlarla müqavilə imzaladı


Nursultan Nazarbayev və Hassan Rohani

Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə İran prezidenti Hassan Rohani Tehranda ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Nazarbayev Tehrana aprelin 11-də gedib.

İnterfaksın məlumatına görə səfər çərçivəsində tərəflər arasında 1 milyard dollardan artıq onlarla müqavilə imzalanıb.

İranla Qazaxıstan arasında ticarət dövriyyəsi 2015-ci ildə 635 milyon dollar olub.

Nazarbayev regiona səfəri çərçivəsində həmçinin Türkiyə və Özbəkistana baş çəkəcək.

O Türkiyədə aprelin 13-14 arası olacaq, prezident Racep Tayyip Erdiganla görüşəcək və İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edəcək.

Türkiyədən sonra isə aprelin 15-də Özbəkistana yollanacaq, prezident İslam Kərimovla görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG