Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Bakı biznes sammitə hazırlaşır


Azərbaycan/AB
Azərbaycan/AB

-

Bakı II Avropa Birliyi-Azərbaycan Biznes Sammitinə ev sahibliyi edəcək.

«Trend»in xəbərə görə, bu sammit mayın 18-də ADA Universitetinin binasında keçiriləcək. Tədbirdə Avropa və Azərbaycan müəssisələri bir araya gələcəklər.

Rəsmi açılış mərasimindən sonra Azərbaycan iqtisadiyyatının dörd sahəsi üzrə panel danışıqları təşkil olunacaq:

1. Kənd təsərrüfatı və qida sektorunda imkanlar
2. Nəqliyyat və logistika sahəsində imkanlar
3. Turizm sektorunda imkanlar
4. Azərbaycanda biznes imkanları

Panel müzakirələrindən sonra Avropa Birliyi və Azərbaycan şirkətləri arasında ikitərəfli görüşlər baş tutacaq.

XS
SM
MD
LG