Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:59

İki gənc özünü asıb?


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakının Sabunçu rayonunda iki gəncin intihar etdiyi bildirilir.

APA xəbəri Sabunçu rayon Polis İdarəsinə istinadən yayıb.

Balaxanı qəsəbə sakini, 19 yaşlı Orxan Muxtarov və Ramana qəsəbə sakini, 30 yaşlı Həsən Bünyatovun yaşadıqları ünvanlarda asılmış meyitləri aşkarlanıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb, araşdırma aparılır. Ölümün səbəbləri, hələlik, açıqlanmır.

Mətbuat ölkədə son illər intihar hallarının artdığını yazır.
Jurnalist araşdırmalarına görə, insanlar daha çox maddi problemlər üzündən canlarına qıyırlar.

XS
SM
MD
LG