Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 14:32

SOCAR-dan ödənişlər azalıb


SOCAR
SOCAR

-

SOCAR 2016-cı ilin mart ayında dövlət büdcəsinə 109 milyon 248 min manat vəsait ödəyib.

APA-nın xəbərinə görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 4 mln. 466 min manat və ya 3.93 faiz azdır.

SOCAR-ın saytında verilən xəbərə görə, 2016-cı ilin yanvar-mart aylarında büdcəyə 325 milyon 130 min manat vəsait köçürülüb.
Bu da 2015-ci ilin 3 ayı ilə müqayisədə 15 mln. 313 min manat və ya 4.5 faiz azdır.

Bundan əlavə, bu ilin martında SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 920 min manat köçürdüyü bildirilir. Bu, isə ötən ilin analoji dövrü ilə müqayisədə 309 min manat və ya 2.75 faiz azdır.

2016-cı ilin yanvar-mart aylarında isə şirkətdən Dövlət Sosial Müdafiə Fonduna 31 milyon 970 min manat ödəniş edilib. Bu, 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2 mln. 716 min manat və ya 7.83 faiz azdır.

XS
SM
MD
LG