Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:22

İrana S-300 çatdırıldı


S-300

-

İranın Xarici İşlər Nazirliyi bildirir ki, Rusiya S-300 havadan müdafiə sistemlərinin bir hissəsini çatdırıb.

Məlumatı nazirliyin sözçüsü Hossein Jaber Ansari aprelin 11-də verib.

Rusiya 2010-cu ildə S-300 sistemləri barədə müqaviləni ləğv etmişdi. Səbəb Qərbin təzyiqi idi.

Ancaq İran dünya dövlətləri ilə nüvə sazişi imzalayandan sonra Prezident Vladimir Putin bu məhdudiyyəti qaldırdı.

İsrail qətiyyətlə bu sistemin İrana verilməsinə qarşı çıxır. İran yəhudi dövlətini tanımır.

XS
SM
MD
LG